Bəşəriyyət “hidrodiplomatiya”nı inkişaf etdirməlidir
Bakı, 31 mart, AZƏRTAC
Beynəlxalq ictimaiyyət su təhlükəsizliyi və bundan yaranan geosiyasi gərginlik mühitində “hidrodiplomatiya” yeni erasına daxil olmalıdır. Bunu BMT-nin baş katibinin birinci müavini Yan Eliasson belə hesab edir. O, bu yaxınlarda “Həyat suyu” beynəlxalq onillik hərəkatına həsr olunmuş yüksək səviyyədə interaktiv dialoq açıb. Qeyd edək ki, bu hərəkat 2005-2015-ci illəri əhatə edir.
AZƏRTAC BMT-nin Xəbərlər Mərkəzinə istinadla xəbər verir ki, Yan Eliasson interaktiv dialoqda su çatışmazlığı ilə bağlı xəbərdarlıq edib. O qeyd edib ki, təbii, həm də insan tərəfindən artan fəlakətlər, su təmini ilə bağlı sosial-iqtisadi problemlər tez-tez regional və beynəlxalq səviyyədə ixtilaflara səbəb ola bilər.
Yan Eliasson xəbərdarlıq edib ki, “su çatışmazlığı şəxsi faciələrə səbəb olur, lakin həm də tədricən beynəlxalq sülh və təhlükəsizlik üçün təhdidə çevrilir. Bu gün “hidrodiplomatiya”ya tələbat yaranıb: su çatışmazlığı münaqişə mənbəyi əvəzinə əməkdaşlıq üçün stimul olmalıdır”.
Problemin ciddiliyini UNESCO-nun son məruzəsi də təsdiqləyir. Burada deyilir ki, su ehtiyatlarından səmərəli istifadə yönündə köklü dəyişikliklər olmasa, 2030-cu ilə su ehtiyatı 40 faiz azalacaq. Ehtimal olunur ki, əsrin ortasında suya tələbat iki dəfə artacaq.
“Həyat suyu” beynəlxalq onillik hərəkatının təşəbbüskarı Tacikistan olub. Tədbirdə çıxış edən bu ölkənin xarici işlər naziri Sirociddin Aslov xatırladıb ki, Tacikistan Mərkəzi Asiyanın su resurslarını 60 faizədək təmin edir, lakin “su” problemi bu ölkədən də yan ötməyib. Nazir deyib: “Region əhalisinin yalnız 58,5 faizinə yaxşılaşdırılmış içməli su mənbələri çatımlıdır və təxminən 30 faiz təkmilləşdirilmiş qurğu ilə təchiz olunub. Xüsusilə əlverişsiz vəziyyət kənd yerlərində yaranıb. Orada bütün əhalinin ancaq yarısı təhlükəsiz içməli su ilə təmin olunub”.
BMT-nin məlumatına görə, 2030-cu ildə qlobal miqyasda içməli su çatışmazlığı planetimizin əhalisinin üçdə ikisini əhatə edəcək.
Müəllif
Metbuat.az
Qaynar xətt
0552252950
Həmçinin oxu
Polad Həşimovun şəhadətə ucalmasından altı il ötür
azertag.az
DİGƏR XƏBƏRLƏR
Daha çox »
Azərbaycanda nə qədər ev ipotekadadır?
Dünən
·
23:55
D-8 Media Mükəmməllik Mərkəzinin strategiyası təqdim olundu
Dünən
·
23:53
Bu tarixi sizin qədər bilən ikinci bir şəxs çətin ki, tapılsın - Prezidentdən Mirşahinə
Dünən
·
22:53
Bizim daxili risklərimiz yoxdur, bütün təhdidlər sərhədlərimizdən kənarda yaranır - İlham Əliyev
Dünən
·
21:16
Top xəbərlər
Layihələr
Son xəbərlər
Bu bürclər üçün şans qapıları açılır
Bu gün
·
01:15
Polad Həşimovun şəhadətə ucalmasından altı il ötür
Bu gün
·
00:12
İnsanlara güvənməyən ən şübhəçil 5 bürc
Bu gün
·
00:12
Azərbaycanda nə qədər ev ipotekadadır?
Dünən
·
23:55
D-8 Media Mükəmməllik Mərkəzinin strategiyası təqdim olundu
Dünən
·
23:53
Ən uzunömürlü 5 balıq: 200 ildən çox yaşayırlar
Dünən
·
23:52
ABŞ Hörmüzdə keçidlərin təhlükəsizliyini təmin edəcək - Tramp
Dünən
·
23:49
10 Avropa ölkəsi Antiballistik Raket Koalisiyası qurdu
Dünən
·
23:15
Bu tarixi sizin qədər bilən ikinci bir şəxs çətin ki, tapılsın - Prezidentdən Mirşahinə
Dünən
·
22:53
"Real"da Vinisiusun aqibəti bəlli oldu
Dünən
·
22:35
Peter Pelleqrini Azərbaycana rəsmi səfərə gəldi
Dünən
·
22:03
Pambıqdan yüngül planet kəşf edildi
Dünən
·
21:49
Bizim daxili risklərimiz yoxdur, bütün təhdidlər sərhədlərimizdən kənarda yaranır - İlham Əliyev
Dünən
·
21:16
Ərəblərdən ulduz futbolçuya təklif
Dünən
·
21:10
Azərbaycanın bu şəhərində evlər kütləvi satışa çıxarılır
Dünən
·
20:56