Müğənni Lətifə Soyuöz 18 kiloqram arıqlayıb.
Axşam.az-ın əməkdaşı ilə söhbətində ifaçı ana olduqdan sonra xeyli kökəldiyini deyib:
“Bayramda paxlavadan, şəkərburadan imtina etdim. Bircə qoğal yeyirdim. Onu da bir qoğalı üç yerə bölürdüm. Ana olduqdan sonra 18 kiloqram arıqlamışam. Hazırda çəkim 65-dir. Hələ 5 kiloqram da arıqlayacam. Ondan sonra stop deyəcəm. Çox arıq olmaq mənə yaraşmır. Gözəllik üçün nələrəsə əl atmağı eyib bilmirəm. Lazım gələndə plastik əməliyyat belə etdirəcəm. Hər bir xanım özünü cazibədar hesab edib. Buna görə də daim baxımlı olmağa çalışır”.
Geyimlərindən danışan L.Soyuöz onları özəl olaraq tikdirir:
“Geyimin qiyməti önəmli deyil, əsas mənə yaraşsın. Libaslarımın əksəriyyəti özəl olaraq mənim üçün tikilir. Müğənni fərqlənməlidir: həm geyimində, həm ifasında. Ona görə də modelyerlə işləməyə üstünlük verirəm”.
Sərvər MEHTİYEV
Foto: Ramin ASLANOV



