Soyqırımı qurbanlarının xatirəsinə ithaf olunmuş musiqi əsərləri səsləndirilib
Bakı,31 mart, AZƏRTAC
Azərbaycan Bəstəkarlar İttifaqında 31 mart - Azərbaycanlıların Soyqırımı Gününə həsr olunan anım tədbiri keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbir iştirakçıları əvvəlcə bir dəqiqəlik sükutla faciə qurbanlarının xatirəsini ehtiramla yad ediblər.
Tədbirdə çıxış edən qurumun katibi, əməkdar incəsənət xadimi Sərdar Fərəcov erməni millətçilərinin zaman-zaman azərbaycanlılara qarşı törətdikləri soyqırımılarından, əsassız torpaq iddialarından söz açıb. O bildirib ki, əsrin əvvəllərində baş verən erməni qırğınları haqda hadisələri Məmməd Səid Ordubadi, Abbas Səhhət, Üzeyir Hacıbəyli, Hüseyn Cavid, Cəfər Cabbarlı kimi görkəmli sənətkarlarımız öz əsərləri vasitəsilə xalqa çatdırıblar.
Üzeyir Hacibəyovun ev muzeyinin əməkdaşı Aytən Heydərova dünya şöhrətli bəstəkarın həmin dövrləri əks etdirən soyqırımın bir illiyi münasibətilə yazdığı “Azərbaycan” qəzetində nəşr olunan məqaləsini oxuyub. Məqalədə Üzeyir Hacibəyli 1918-ci ildə baş verən dəhşətləri öz sözləri ilə təsvir edərək daşnaklar tərəfindən azərbaycanlıların vəhşicəsinə qətlə yetirilməsindən söz açaraq həmvətənlərini ayıq-sayıq olmağa çağırıb. Eyni zamanda bəstəkar Osmanlı türklərinin Bakıda göstərdiyi şücaətlərinin əhəmiyyətini də vurğulayır.
Tədbirdə çıxış edən Bəstəkarlar İttifaqının katibi Zemfira Qafarova, tanınmış bəstəkar, əməkdar incəsənət xadimi Azər Dadaşov və başqaları ermənilər tərəfindən zaman-zaman xalqımızın başına gətirilən müsibətlərdən söz açıblar. Vurğulanıb ki, 1918-1920-ci illərdə ermənilər tərəfindən törədilmiş kütləvi qırğınların Bakı, Quba, Şamaxı, Kürdəmir, Lənkəranla yanaşı, Şuşada, İrəvan quberniyası ərazisində, Zəngəzurda, Naxçıvanda və başqa bölgələrdə davam etdirilməsi nəticəsində yüz minlərlə azərbaycanlı ən qəddar üsullarla qətlə yetirilib, minlərlə insan öz doğma torpaqlarından didərgin salınıb.
Natiqlər xalqımızın başına gətirilən müsibətlərin bəstəkarlarımızın əsərlərində öz əksini tapmasını müsbət qiymətləndirib və bu istiqamətdə işlərin davam etdirilməsini söyləyiblər.
Anım tədbirinə əməkdar incəsənət xadimi Abdulla Qurbaninin Xocalı soyqırımı qurbanlarının xatirəsinə həsr olunan “Xocalı yol gözləyir” poeması əsasında bəstəkar Azad Zahidin eyniadlı rekviem-kompozisiyası, S.Fərəcovun Hüseyn Cavidin “Qaçqın” şeiri əsasında bəstələdiyi ballada-mahnı və digər musiqi əsərləri səslənib.
Müəllif
Metbuat.az
Qaynar xətt
0552252950
Həmçinin oxu
Polad Həşimovun şəhadətə ucalmasından altı il ötür
azertag.az
DİGƏR XƏBƏRLƏR
Daha çox »
Azərbaycanda nə qədər ev ipotekadadır?
Dünən
·
23:55
D-8 Media Mükəmməllik Mərkəzinin strategiyası təqdim olundu
Dünən
·
23:53
Bu tarixi sizin qədər bilən ikinci bir şəxs çətin ki, tapılsın - Prezidentdən Mirşahinə
Dünən
·
22:53
Bizim daxili risklərimiz yoxdur, bütün təhdidlər sərhədlərimizdən kənarda yaranır - İlham Əliyev
Dünən
·
21:16
Top xəbərlər
Layihələr
Son xəbərlər
Bu bürclər üçün şans qapıları açılır
Bu gün
·
01:15
Polad Həşimovun şəhadətə ucalmasından altı il ötür
Bu gün
·
00:12
İnsanlara güvənməyən ən şübhəçil 5 bürc
Bu gün
·
00:12
Azərbaycanda nə qədər ev ipotekadadır?
Dünən
·
23:55
D-8 Media Mükəmməllik Mərkəzinin strategiyası təqdim olundu
Dünən
·
23:53
Ən uzunömürlü 5 balıq: 200 ildən çox yaşayırlar
Dünən
·
23:52
ABŞ Hörmüzdə keçidlərin təhlükəsizliyini təmin edəcək - Tramp
Dünən
·
23:49
10 Avropa ölkəsi Antiballistik Raket Koalisiyası qurdu
Dünən
·
23:15
Bu tarixi sizin qədər bilən ikinci bir şəxs çətin ki, tapılsın - Prezidentdən Mirşahinə
Dünən
·
22:53
"Real"da Vinisiusun aqibəti bəlli oldu
Dünən
·
22:35
Peter Pelleqrini Azərbaycana rəsmi səfərə gəldi
Dünən
·
22:03
Pambıqdan yüngül planet kəşf edildi
Dünən
·
21:49
Bizim daxili risklərimiz yoxdur, bütün təhdidlər sərhədlərimizdən kənarda yaranır - İlham Əliyev
Dünən
·
21:16
Ərəblərdən ulduz futbolçuya təklif
Dünən
·
21:10
Azərbaycanın bu şəhərində evlər kütləvi satışa çıxarılır
Dünən
·
20:56