[ 31 Mart 2015 15:09 ]



Bakı. Vüsal Nəbiyev – APA-Economics.  Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində Yüksək Texnologiyalar Parkında aprelin 11-də startapçılar üçün növbəti təlim keçiriləcək.

 

Nazirlikdən “APA-Economics”ə verilən məlumata görə, təlim "Startup Azərbaycan 2015" müsabiqəsinin iştirakçıları üçün təşkil olunur.

 

Təlim “Biznes - ideyalar. Biznes planların tərtib edilməsi. İnvestor axtarışı”, “İdeya -  Layihə - İnvestor” mövzularına həsr olunacaq.

 

Tədbirdə Yüksək Texnologiyalar Parkının, “Startap Azərbaycan 2015” rəhbərliyinin, beynəlxalq və yerli ekspertlərin və İT biznes sahəsində çalışan sahibkarlar iştirak edəcəklər.