"Azərxalça" bazardakı rəqabətə tab gətirə bilmir
O, bu qədim xalq sənətinə ən çox təsir edən amillərdən birinin də yerli xalçaların Çin, Pakistan, Hindistanda saxtasının toxunması və dəfələrlə ucuz satılması ilə bağlı olduğunu hesab edir. Ə.Nuriyev belə rəqabətə davam gətirməyin mümkün olmadığını düşünür: "Bu xalçalar dünya və Azərbaycan bazarına çıxarılır. O qədər saxta xalça var ki, ucuz olduğu üçün insanlar da onlara meyl göstərir. Odur ki, bu rəqabətinin qarşısında tab gətirmək mümkün deyil".
Qeyd edilənlərlə yanaşı, tələbatın xeyli azalması, o cümlədən alternativlərin çoxalması da "Azərxalça"nın işini tamamilə iflic edib. "Məsələn, kompüterlə təhciz edilmiş avadanlıqlarla toxunan xalçalar var ki, göz oxşayırlar. Lakin, onlar əl işi deyil, onların əksəriyyəti təbii boyaqlardan, liflərdən çox uzaqdır, süni materiallardan istifadə olunur, həmçinin insan səhhətinə zərərlidir və xüsusilə də alternativ yaranmış xalçalar sənət əsəri kimi yaradılmış xalçaların süqutuna gətirib çıxarır".
"Azərxalça” Elmi Yaradıcılıq İstehsalat Birliyinin baş direktoru müəssisənin hazırda istehsal prosesində istifadədə İran ipinə möhtac qaldığını da etiraf edib: "Əvvəllər kombinat üçün avadanlıq alınmışdır. Amma özəlləşdirmədən sonra bu avadanlıqlar da özəl tərəfə keçib və onlar da bu qurğuları işlədə bilmədilər, həmçinin o şirkət özünü bazarda da doğrulda bilmədi və fəaliyyətini dayandırıb. Biz həmin avadanlıq vasitəsilə xalçalar üçün ip hazırlayırdıq. Lakin indi İrandan alırıq, onlar da hər dəfə qiymətləri qaldırır. Getdikcə bu tendensiya xarakteri alır. Ölkədə yun bolluğu olsa da, o hər xalça üçün münasib olmur. Halbuki bizdə olan avadanlıq sayəsində əldə etdiyimiz iplər təkcə öz tələbatımızı deyil, ölkədəli digər istehsalşıların da tələbatını ödəyir".
Ə.Nuriyev həmçinin qeyd edib ki, xalçaların qiyməti də xeyli ucuzlaşıb və bu amil İB-nin gəlirlərinə mənfi təsir göstərir: "Məsələn, xalça istehsalı əvvəl ildə 1 min kv. metr təşkil edirsə, indi bu, bir neçə yüz kvadratla ölçülür".
Müəllif
Metbuat.az
Qaynar xətt
0552252950
Həmçinin oxu
Azərbaycanda bank kartları ilə bağlı mühüm açıqlama
report.az
DİGƏR XƏBƏRLƏR
Daha çox »Top xəbərlər
Layihələr
Son xəbərlər
Bu bürclər üçün şans qapıları açılır
Bu gün
·
01:15
Polad Həşimovun şəhadətə ucalmasından altı il ötür
Bu gün
·
00:12
İnsanlara güvənməyən ən şübhəçil 5 bürc
Bu gün
·
00:12
Azərbaycanda nə qədər ev ipotekadadır?
Dünən
·
23:55
D-8 Media Mükəmməllik Mərkəzinin strategiyası təqdim olundu
Dünən
·
23:53
Ən uzunömürlü 5 balıq: 200 ildən çox yaşayırlar
Dünən
·
23:52
ABŞ Hörmüzdə keçidlərin təhlükəsizliyini təmin edəcək - Tramp
Dünən
·
23:49
10 Avropa ölkəsi Antiballistik Raket Koalisiyası qurdu
Dünən
·
23:15
Bu tarixi sizin qədər bilən ikinci bir şəxs çətin ki, tapılsın - Prezidentdən Mirşahinə
Dünən
·
22:53
"Real"da Vinisiusun aqibəti bəlli oldu
Dünən
·
22:35
Peter Pelleqrini Azərbaycana rəsmi səfərə gəldi
Dünən
·
22:03
Pambıqdan yüngül planet kəşf edildi
Dünən
·
21:49
Bizim daxili risklərimiz yoxdur, bütün təhdidlər sərhədlərimizdən kənarda yaranır - İlham Əliyev
Dünən
·
21:16
Ərəblərdən ulduz futbolçuya təklif
Dünən
·
21:10
Azərbaycanın bu şəhərində evlər kütləvi satışa çıxarılır
Dünən
·
20:56