Arıqlamayacağı, izafi çəkidən qurtulmayacağı təqdirdə, onun 35 yaşında dünyasını dəyişə biləcəyi söylənmişdi. Həkimlər son müayinədən sonra belə demişdilər.
 
Gənc xanım da xəbərdarlığı çox ciddi qəbul edib və arıqlamağa qərar verib.
Milli.Az Daily Mail-ə istinadən bildirir ki, İngiltərənin Devon qraflığındakı Eksetern şəhərində yaşayan 22 yaşlı Cess Semmens bu minvalla izafi çəkisindən, "artıq" kiloqramlardan qurtulmağa başlayıb.
 
İki il əvvəl sağlam qidalanmağa, pəhriz saxlamağa və idman etməyə başlayan xanım bu müddət ərzində 57,6 kq arıqlayıb. Onun bədən ölçüsü 6 vahid azalıb.
 
"Əvvəllər, iki il öncəyədək çips və şokoladı çox sevirdim. Daha doğrusu, çox yeyirdim. İndisə sağlam rasionua üstünlük verirəm. Özümü də əla hiss edirəm", - Cess Semmens deyib.
 
22 yaşlı Cess İnstagram-da "jessicasemmens" profilinin sahibəsidir. Profil xeyli populyarlaşıb.
 
Milli.Az