Monteneqronun Azərbaycandakı səfiri İqtisadiyyat və Sənaye Nazirliyində olub
Nazirlikdən "Report"a verilən məlumata görə, Şahin Mustafayev səfir təyin olunması münasibətilə diplomatı təbrik etmiş, Azərbaycandakı fəaliyyətində uğurlar arzulayıb.
Azərbaycan və Monteneqro arasında siyasi, iqtisadi, humanitar, enerji, turizm və s. sahələrdə əlaqələrin uğurla inkişaf etdiyi qeyd edilib, əməkdaşlığın genişlənməsində qarşılıqlı səfərlərin önəmi vurğulanıb. Bildirilib ki, ölkələrimiz arasında əlaqələrin inkişafında Birgə Komissiyanın fəaliyyəti də əhəmiyyətlidir. Azərbaycan və Monteneqro iqtisadiyyatın müxtəlif sahələrində, o cümlədən kənd təsərrüfatı, humanitar və s. sahələrdə əməkdaşlıq edə, ticarət əlaqələrini daha da genişləndirə bilərlər.
Nazir Şahin Mustafayev Azərbaycanın davamlı və dayanıqlı iqtisadi inkişafı barədə məlumat verib, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsində ölkəmizin ədalətli mövqeyini diqqətə çatdırıb.
Səfir Branko Miliç səmimi qəbul üçün minnətdarlığını bildirib, səfir kimi ölkəmizə təyin olunmasından məmnunluğunu ifadə edib, iki ölkə arasında əməkdaşlığın daha da genişləndirilməsi üçün səy göstərəcəyini qeyd edib. Ölkələrimiz arasında əlaqələrin inkişafı üçün böyük potensialın olduğunu vurğulayan səfir Branko Miliç iqtisadi sahədə əməkdaşlığın inkişafı istiqamətləri barədə fikirlərini bölüşüb.
Görüşdə Azərbaycan və Monteneqro arasında iqtisadi əlaqələrin genişləndirilməsi perspektivlərinə, eləcə də Birgə Komissiyanın növbəti iclasının keçirilməsinə dair müzakirələr aparılıb.
Müəllif
Metbuat.az
Qaynar xətt
0552252950
Həmçinin oxu
Sosial ödəniş alanların nəzərinə
report.az
DİGƏR XƏBƏRLƏR
Daha çox »Top xəbərlər
Layihələr
Son xəbərlər
Azərbaycanda nə qədər ev ipotekadadır?
Bu gün
·
23:55
D-8 Media Mükəmməllik Mərkəzinin strategiyası təqdim olundu
Bu gün
·
23:53
Ən uzunömürlü 5 balıq: 200 ildən çox yaşayırlar
Bu gün
·
23:52
ABŞ Hörmüzdə keçidlərin təhlükəsizliyini təmin edəcək - Tramp
Bu gün
·
23:49
10 Avropa ölkəsi Antiballistik Raket Koalisiyası qurdu
Bu gün
·
23:15
Bu tarixi sizin qədər bilən ikinci bir şəxs çətin ki, tapılsın - Prezidentdən Mirşahinə
Bu gün
·
22:53
"Real"da Vinisiusun aqibəti bəlli oldu
Bu gün
·
22:35
Peter Pelleqrini Azərbaycana rəsmi səfərə gəldi
Bu gün
·
22:03
Pambıqdan yüngül planet kəşf edildi
Bu gün
·
21:49
Bizim daxili risklərimiz yoxdur, bütün təhdidlər sərhədlərimizdən kənarda yaranır - İlham Əliyev
Bu gün
·
21:16
Ərəblərdən ulduz futbolçuya təklif
Bu gün
·
21:10
Azərbaycanın bu şəhərində evlər kütləvi satışa çıxarılır
Bu gün
·
20:56
“Qalatasaray”da Sançes böhranı: gedir?
Bu gün
·
20:51
"Azərbaycan D-8 təşkilatına üzv olmağa böyük önəm verir"
Bu gün
·
20:42
Məlumat savaşı: Dezinformasiyanın müharibə və siyasətdəki rolu
Bu gün
·
20:35