Dağlarla əhatə olunan, müalicəvi bulaqları, tarixi abidələri və çəmənlikləri ilə zəngin olan rayonda 70-dən çox ailəvi istirahət mərkəzi və mehmanxanalar mövcuddur. Hər il, əsasən, yerli turistlərin üz tutduğu rayonda yaz fəsli üçün turizm mövsümü başlayır. Rayona gələn turistlər, əsasən, tarixi abidələrini ziyarət etməyə və təbiət mənzərələrini görməyə üstünlük verirlər.
 
TTV (Region TV) xəbər verir ki, artıq turizm marşrutları da müəyyən olunub. Tovuzdan Böyük Qışlaq-Qaralar, Qovlar-Ağbaşlar, Ağdam və Əlibəyli kəndləri üzrə turizm marşrutları seçilib. Maraqlı adət-ənənələri bu bölgənin turizm imkanlarını daha da artırır. Ancaq problemlər də var. Füsunkar təbiətə malik bu rayona turist cəlb etmək üçün müxtəlif tur şirkətlərilə əlaqə yaratmaq hələlik mümkün olmayıb.
 
Rayonun dağətəyi kəndlərində istirahət mərkəzlərilə yanaşı, yerli əhalinin kirayə verdiyi evlər də turistlərə təklif edilir. Kənd turizminin inkişaf etdirilməsi üçün bir sıra proqramların həyata keçirilməsi də nəzərdə tutulur. Bununla əlaqədar həm bələdiyyələr, həm də yerli əhali ilə layihələrin işlənməsi planlaşdırılır.

Milli.Az


Videonu izləmək üçün şəkilə klikləyin.

фото