TANAP hər kəsin cəlb olunduğu və tamamlanması üçün səy göstərəcəyi layihə olmalıdır
Bakı, 30 mart, Nihat Budaqov, AZƏRTAC
ABŞ Dövlət Departamentinin enerji ehtiyatları bürosunun xüsusi nümayəndəsi Amos Hoxstayn hesab edir ki, TANAP həm Türkiyə, həm də Avropa üçün ən yaxşı layihədir.
AZƏRTAC xəbər verir ki, Amos Hoxstayn Türkiyənin “Hürriyyət” qəzetinə müsahibəsində deyib ki, ölkələrin tək bir enerji təchizatçısı olan ölkədən həddindən çox asılı olması heç bir zaman yaxşı hal hesab olunmur. Xüsusilə də, əgər təchizatçı ölkənin enerji siyasətindən bir vasitə olaraq istifadə etməyə meyli varsa. Bu vəziyyətin qarşısını almaq üçün həm enerji təchizatını təmin etmək, həm də enerjinin nəql edildiyi marşrutların diversifikasiyası vacibdir. Trans-Anadolu qaz boru kəməri – TANAP bu iki əsas meyarı özündə birləşdirən tək layihədir. Artıq təbii qaz, həm yeni bir təchizatçı tərəfindən, həm də yeni bir yolla gələcək. TANAP enerji qaynaqlarının diversifikasiyası üçün yaxşı bir nümunədir.
Amos Hoxstayn bildirib ki, TANAP ilə Azərbaycan təbii qazı ilk dəfə olaraq Avropa bazarına çatdırılacaq. Layihənin keçdiyi marşrut da çox əhəmiyyətlidir. Təbii qaz Ukrayna ya da Rusiyadan yox məhz Türkiyə ərazisindən keçir. Türkiyədən keçərək İtaliyaya çatdıqdan sonra Yunanıstandan Bolqarıstana qədər uzanacaq yeni bir boru xəttini inşa etmək imkanı yaradacaq. Yeni xətt Bolqarıstandan da Serbiya, Rumıniya və Macarıstana bağlanacaq.
Amos Hoxstayn qeyd edib ki, TANAP təxminən 10 ildir ki müzakirə olunan və Türkiyə, Gürcüstan və Azərbaycan hökumətlərinin böyük öhdəlik götürdükləri bir layihədir. Bu səbəbdən də TANAP hər kəsin cəlb olunduğu və tamamlanması üçün səy göstərəcəyi layihə olmalıdır. Çünki həm Türkiyə, həm də Avropa üçün ən yaxşısı budur.
Müəllif
Metbuat.az
Qaynar xətt
0552252950
Həmçinin oxu
Azərbaycanda bank kartları ilə bağlı mühüm açıqlama
azertag.az
DİGƏR XƏBƏRLƏR
Daha çox »Top xəbərlər
Layihələr
Son xəbərlər
İran hərəkatı başladı - Trampdan açıqlama
Bu gün
·
01:52
Bu bürclər üçün şans qapıları açılır
Bu gün
·
01:15
Polad Həşimovun şəhadətə ucalmasından altı il ötür
Bu gün
·
00:12
İnsanlara güvənməyən ən şübhəçil 5 bürc
Bu gün
·
00:12
Azərbaycanda nə qədər ev ipotekadadır?
Dünən
·
23:55
D-8 Media Mükəmməllik Mərkəzinin strategiyası təqdim olundu
Dünən
·
23:53
Ən uzunömürlü 5 balıq: 200 ildən çox yaşayırlar
Dünən
·
23:52
ABŞ Hörmüzdə keçidlərin təhlükəsizliyini təmin edəcək - Tramp
Dünən
·
23:49
10 Avropa ölkəsi Antiballistik Raket Koalisiyası qurdu
Dünən
·
23:15
Bu tarixi sizin qədər bilən ikinci bir şəxs çətin ki, tapılsın - Prezidentdən Mirşahinə
Dünən
·
22:53
"Real"da Vinisiusun aqibəti bəlli oldu
Dünən
·
22:35
Peter Pelleqrini Azərbaycana rəsmi səfərə gəldi
Dünən
·
22:03
Pambıqdan yüngül planet kəşf edildi
Dünən
·
21:49
Bizim daxili risklərimiz yoxdur, bütün təhdidlər sərhədlərimizdən kənarda yaranır - İlham Əliyev
Dünən
·
21:16
Ərəblərdən ulduz futbolçuya təklif
Dünən
·
21:10