"Report" xəbər verir ki, görüşdə Mədəniyyət və Turizm Nazirliyi təmsil olunacaq.
Görüş çərçivəsində İpək yolu üzərində beynəlxalq turizmin təkmilləşdirilməsi strategiyaları, birgə marketinq siyasəti və turizm məhsullarının yaradılması məqsədilə mədəni əlaqələrin gücləndirilməsi və bir sıra digər mühüm məsələlərin müzakirəsi nəzərdə tutulub.
Qeyd edək ki, görüşdə İpək yolu layihəsi ölkələri və YUNESKO nümayəndələrinin, habelə BMÜTT-nin seçilmiş üzvləri iştirak edəcək.