Bakı, 30 mart, AZƏRTAC
Martın 29-dan etibarən Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində olan Bərdə regional “ASAN xidmət” mərkəzi fəaliyyətə başlayıb.
Agentlikdən AZƏRTAC-a bildirilib ki, Bərdə “ASAN xidmət” mərkəzi Bərdə, Ağdam, Ağcabədi, Laçın, Yevlax və Tərtər rayonlarında qeydiyyatda olan və ümumi sayı 800000-ə yaxın vətəndaşa xidmət göstərir.
Hazırda 8 “ASAN xidmət” mərkəzi fəaliyyət göstərir. Onlardan 4-ü paytaxt Bakıda, 4-ü isə regional mərkəzlər olmaqla Sumqayıt, Gəncə, Sabirabad və Bərdədədir.
“ASAN xidmət” mərkəzlərinin fəaliyyəti ilə əlaqədar məlumatı 108 “Çağrı” mərkəzinə zəng etməklə əldə etmək olar.