Şabran rayonunda bədbəxt hadisə baş verib.

ANS PRESS-in APA-ya istinadən verdiyi məlumatına görə, Şabran Rayon İcra Hakimiyyəti başçısının Şahnəzərli İnzibati Ərazi Vahidliyi üzrə nümayəndəsi Soltanov Ağalar Mürsəl oğlu göldə boğularaq olub.

Soltanov Ağalar 1986-cı il təvəllüdlüdür.


Hadisə A. Soltanov rayonun dünən axşam Daşlıyataq kəndində əmisinin şəxsi təsərrüfatında olan göldə balıq tutarkən qeydə alınıb.

Faktla bağlı araşdırmalar davam etdirilir.
Mənbə
ANS PRESS