Nyu-Cersi ştatının Baş Assambleyası 1918-ci ildə Azərbaycanlıların Soyqırımı qurbanlarının xatirə günü ilə bağlı qətnamə qəbul edib
Vaşinqton, 30 mart, AZƏRTAC
ABŞ-ın Nyu-Cersi ştatının Baş Assambleyası 2015-ci il 31 mart tarixinin Azərbaycanlıların Soyqırımı qurbanlarının xatirə günü kimi müəyyən olunması ilə bağlı qətnamə qəbul edib. Qətnaməni Nyu-Cersi ştatı parlamentinin üzvü Şila Oliver təqdim edib. Assambleyanın sədri Vinsent Priyetonun imzaladığı sənəddə Azərbaycanlıların Soyqırımının 97-ci ildönümü qeyd edilir. Qətnamədə deyilir ki, 1918-ci ilin 31 mart hadisələri dünya tarixində ən çox pislənən qanlı cinayətlərdən biridir.
Azərbaycanlıların Soyqırımı son illər ABŞ-ın bir neçə ştatında qətnamə və proklamasiyalar ilə tanınıb. Amerika-Azərbaycan Cəmiyyətinin və “Pax Turcica” İnstitutunun səyləri ilə Nyu-York ştatının Senatı 1918-ci ildə Azərbaycanlıların Soyqırımını tanıyan J3784 nömrəli qətnaməni 2012-ci ildə, Nyu-Cersi ştatının Assambleyası isə analoji sənədi 2013-cü ildə qəbul edib. ABŞ Azərbaycanlıları Şəbəkəsinin Amerika ictimaiyyətinin məlumatlandırılması kampaniyası nəticəsində Azərbaycanlıların Soyqırımı Nevada ştatının qubernatorları Cim Qibsonun və Brayan Sandavalın 2009-2011-ci illərdə üç rəsmi proklamasiyası və 2011-ci ildə Texas ştatında konqresmen Con Zervasın qətnaməsi ilə də tanınıb.
Xatırladaq ki, tarixdə “1918-ci ilin mart günləri” adı ilə məşhur olan Azərbaycanlıların Soyqırımı Stepan Şaumyanın rəhbərlik etdiyi Rusiya bolşeviklərinin köməyi ilə Erməni İnqilabçı Federasiyasının (Daşnaksütyun) silahlı dəstələri tərəfindən Bakıda, Şamaxıda, Qubada, Lənkəranda və yaxınlıqdakı yaşayış məntəqələrində azərbaycanlı əhaliyə qarşı törədilib. Erməni millətçiləri tərəfindən Qubada amansızlıqla yüzlərlə yəhudi də məhv edilib. Dinc azərbaycanlı əhaliyə tutulan qanlı divan 1918-ci il martın 30-dan aprelin 3-dək davam edib. Azərbaycanlıların Soyqırımı 1919-cu ilin martında Azərbaycan Xalq Cümhuriyyətinin parlamenti tərəfindən qeyd olunub. Ümummilli lider Heydər Əliyevin 1998-ci ildə imzaladığı Fərmana əsasən, 31 mart tarixi Azərbaycanlıların Soyqırımı Günü elan edilib.
Yusif Babanlı
AZƏRTAC-ın xüsusi müxbiri
Vaşinqton
Müəllif
Metbuat.az
Qaynar xətt
0552252950
Həmçinin oxu
Polad Həşimovun şəhadətə ucalmasından altı il ötür
azertag.az
DİGƏR XƏBƏRLƏR
Daha çox »
Azərbaycanda nə qədər ev ipotekadadır?
Dünən
·
23:55
D-8 Media Mükəmməllik Mərkəzinin strategiyası təqdim olundu
Dünən
·
23:53
Bu tarixi sizin qədər bilən ikinci bir şəxs çətin ki, tapılsın - Prezidentdən Mirşahinə
Dünən
·
22:53
Bizim daxili risklərimiz yoxdur, bütün təhdidlər sərhədlərimizdən kənarda yaranır - İlham Əliyev
Dünən
·
21:16
Top xəbərlər
Layihələr
Son xəbərlər
Bu bürclər üçün şans qapıları açılır
Bu gün
·
01:15
Polad Həşimovun şəhadətə ucalmasından altı il ötür
Bu gün
·
00:12
İnsanlara güvənməyən ən şübhəçil 5 bürc
Bu gün
·
00:12
Azərbaycanda nə qədər ev ipotekadadır?
Dünən
·
23:55
D-8 Media Mükəmməllik Mərkəzinin strategiyası təqdim olundu
Dünən
·
23:53
Ən uzunömürlü 5 balıq: 200 ildən çox yaşayırlar
Dünən
·
23:52
ABŞ Hörmüzdə keçidlərin təhlükəsizliyini təmin edəcək - Tramp
Dünən
·
23:49
10 Avropa ölkəsi Antiballistik Raket Koalisiyası qurdu
Dünən
·
23:15
Bu tarixi sizin qədər bilən ikinci bir şəxs çətin ki, tapılsın - Prezidentdən Mirşahinə
Dünən
·
22:53
"Real"da Vinisiusun aqibəti bəlli oldu
Dünən
·
22:35
Peter Pelleqrini Azərbaycana rəsmi səfərə gəldi
Dünən
·
22:03
Pambıqdan yüngül planet kəşf edildi
Dünən
·
21:49
Bizim daxili risklərimiz yoxdur, bütün təhdidlər sərhədlərimizdən kənarda yaranır - İlham Əliyev
Dünən
·
21:16
Ərəblərdən ulduz futbolçuya təklif
Dünən
·
21:10
Azərbaycanın bu şəhərində evlər kütləvi satışa çıxarılır
Dünən
·
20:56