Bakı, 30 mart, AZƏRTAC
Türkiyənin Şanlıurfa vilayətində minik avtomobilinin, beton qarışdıran maşının və mikroavtobusun toqquşması nəticəsində aralarında uşaqların da olduğu 13 nəfər ölüb, 9 nəfər isə yaralanıb.
AZƏRTAC Türkiyənin Anadolu Agentliyinə istinadla xəbər verir ki, ölənlərin əksəriyyəti mikroavtobusun sərnişinləri olan Suriya vətəndaşlarıdır. Yaralılar Şanlıurfadakı xəstəxanalara çatdırılıb. Onlardan ikisinin vəziyyətinin ağır olduğu bildirilir.
Yol-nəqliyyat hadisəsinə yağış və qatı dumanın səbəb olduğu ehtimal edilir. Qəza ilə əlaqədar təxminən üç saat ərzində hərəkət üçün bağlı qalan yol həmin nəqliyyat vasitələrinin götürülməsindən sonra açılıb.