Bakı, 30 mart, AZƏRTAC 
Martın 29-da saat 23.45-də Xəzər dənizində zəlzələ qeydə alınıb.
AZƏRTAC Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin saytına istinadla xəbər verir ki, yeraltı təkanın maqnitudası 3,3, dərinliyi 45 kilometr olub.
Zəlzələ hiss olunmayıb.