Qəza zamanı 1989-cu il təvəllüdlü İbrahimov Xəyal Ibrahim oğlu, idarə etdiyi "Daewoo" markalı maşınla hərəkətdə olan zaman, Muradov Ağaxan Ağahüseyn oğlunun idarə etdiyi və "Az Samand" markalı nəqliyyat vasitəsi ilə toqquşub.
Qəzadan sonra hər iki sürücü xəsarət aldiğindan onlar təcili tibbi yardim avtomobili ilə 1 saylı Şəhər Klinik Xəstəxanasına çatdrılıb. Edilən tibbi yardımlara baxmayaraq " Daewoo"nun sürücüsünün həyatını xilas etmək mümkün olmayıb. Hadisə ilə bağlı Yasamal Rayon Polis Idarəsində araşdırma başlanılıb.



