Milli.Az axar.az-a istinadən bildirir ki, Yaçenyuk Fövqəladə Hallar üzrə Dövlət Xidmətinin rəhbəri Sergey Boçkovski ilə onun müavini Vasili Stoyetskinin canlı yayımda saxlanılmasının bir səbəbi olduğunu bildirib:
"Əgər bu iki şəxs canlı yayımda deyil də, başqa bir durumda saxlanılsaydılar, sərbəst qala bilərdilər".
Qeyd edək ki, 4 gün əvvəl hökumətin iclası davam edərkən hüquq-mühafizə orqanlarının əməkdaşları zala daxil olmuş və Fövqəladə Hallar üzrə Dövlət Xidmətinin rəhbəri Sergey Boçkovski ilə onun müavini Vasili Stoyetskiyə qarşı ittihamı onların üzünə oxuyaraq qollarına qandal keçirmişdilər. Onlar Cinayət Məcəlləsinin 208-ci maddəsi – Ukrayna xaricində qeyri-qanuni olaraq valyuta hesabları açmaq və ya istifadə etməkdə günahlandırılır.
Milli.Az