Yəməndə şiə husilərinin yardım almaq üçün istifadə etdiyi yol bombalanıb.
 
Milli.Az axar.az-a istinadən bildirir ki, Şəbva və Bəydə şəhərləri arasında yerləşən Akabetul Qanda bölgəsi hücuma məruz qalıb.
 
Yəməndə husilərə qarşı Səudiyyə Ərəbistanının apardığı "Qasırğa" əməliyyatı davam edir.
 
Əməliyyatda Səudiyyə Ərəbistanı ilə yanaşı, Bəhreyn, Qətər, Küveyt və Birləşmiş Ərəb Əmirlikləri, Mərakeş, Sudan, İordaniya və Misir iştirak edir.
 
Milli.Az