[ 29 Mart 2015 20:13 ]


Bakı-APA. Yəmənin cənubunda yerli özünümüdafiə dəstələri və şiə üsyançıları (husilər) arasında baş verən toqquşmalar nəticəsində 38 nəfər ölüb.

APA-nın TASS agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə “Sky News-Arabia” telekanalı məlumat yayıb.

 

Məlumatda çoxsaylı yaralıların olduğu bildirilir.

 

Qeyd edək ki, martın 25-dən 26-na keçən gecə Səudiyyə Ərəbistanının və Fars körfəzinin digər ölkələrinin daxil olduğu beynəlxalq  koalisiya Yəmənin böyük hissəsinə nəzarət edən şiə üsyançılarına (husilər) qarşı hərbi əməliyyat keçirməyə  başlayıb.