Masallı məktəblisi Beynəlxalq Kimya Olimpiadasına vəsiqə qazanıb
Masallı, 29 mart, Bağır Əliyev, AZƏRTAC
47-ci Beynəlxalq Kimya Olimpiadası bu il Bakıda keçiriləcək. Beynəlxalq bilik yarışmasına qatılmaq üçün ölkəmizin 215 məktəblisi bilik və bacarığını sınayıb.
AZƏRTAC xəbər verir ki, azərbaycanlı şagirdlərdən yalnız 13 nəfəri, o cümlədən Masallı rayonunun Xocavar tam orta məktəbinin XI sinif şagirdi Röyal Həmidov Olimpiadanın yekun mərhələsində iştirak etməyə vəsiqə qazanıb.
Bu münasibətlə R.Həmidovun təhsil aldığı məktəbdə pedaqoji kollektiv ilə keçirilən görüşdə rayon icra hakimiyyətinin başçısı Rafil Hüseynov müəllimləri Novruz bayramı və əldə olunmuş nailiyyət münasibətilə təbrik edərək bildirib ki, Beynəlxalq Olimpiadada iştirak etmək böyük uğurdur.
R.Hüseynov qazanılmış nəticəyə görə təhsil şöbəsinə, məktəb rəhbərliyinə və fənn müəlliminə minnətdarlığını bildirərək diqqətə çatdırıb ki, Olimpiadaya hazırlıq Moskva Dövlət Universitetinin Bakı filialında aparılacaq: “Həmin təhsil ocağı ilə əlaqəni gücləndirib müvafiq proqram əsasında hazırlaşmaq zəruridir. Qarşıda hələ dörd ay vaxt var. Röyal üçün münasib şərait yaratmaq lazımdır ki, Olimpiadaya ciddi hazırlaşa bilsin”.
R.Həmidov göstərilən diqqətə görə minnətdarlığını bildirdi.
Görüşdə çıxış edən məktəbin direktoru Abusət Zeynalov, kimya fənni üzrə müəllim Namiq Abuşov, rayon təhsil şöbəsinin müdiri Astan İbişov R.Həmidovun Beynəlxalq Olimpiadada uğur qazanacağına əminliklərini ifadə etdilər.
Müəllif
Metbuat.az
Qaynar xətt
0552252950
Həmçinin oxu
Polad Həşimovun şəhadətə ucalmasından altı il ötür
azertag.az
DİGƏR XƏBƏRLƏR
Daha çox »
Azərbaycanda nə qədər ev ipotekadadır?
Dünən
·
23:55
D-8 Media Mükəmməllik Mərkəzinin strategiyası təqdim olundu
Dünən
·
23:53
Bu tarixi sizin qədər bilən ikinci bir şəxs çətin ki, tapılsın - Prezidentdən Mirşahinə
Dünən
·
22:53
Bizim daxili risklərimiz yoxdur, bütün təhdidlər sərhədlərimizdən kənarda yaranır - İlham Əliyev
Dünən
·
21:16
Top xəbərlər
Layihələr
Son xəbərlər
Polad Həşimovun şəhadətə ucalmasından altı il ötür
Bu gün
·
00:12
İnsanlara güvənməyən ən şübhəçil 5 bürc
Bu gün
·
00:12
Azərbaycanda nə qədər ev ipotekadadır?
Dünən
·
23:55
D-8 Media Mükəmməllik Mərkəzinin strategiyası təqdim olundu
Dünən
·
23:53
Ən uzunömürlü 5 balıq: 200 ildən çox yaşayırlar
Dünən
·
23:52
ABŞ Hörmüzdə keçidlərin təhlükəsizliyini təmin edəcək - Tramp
Dünən
·
23:49
10 Avropa ölkəsi Antiballistik Raket Koalisiyası qurdu
Dünən
·
23:15
Bu tarixi sizin qədər bilən ikinci bir şəxs çətin ki, tapılsın - Prezidentdən Mirşahinə
Dünən
·
22:53
"Real"da Vinisiusun aqibəti bəlli oldu
Dünən
·
22:35
Peter Pelleqrini Azərbaycana rəsmi səfərə gəldi
Dünən
·
22:03
Pambıqdan yüngül planet kəşf edildi
Dünən
·
21:49
Bizim daxili risklərimiz yoxdur, bütün təhdidlər sərhədlərimizdən kənarda yaranır - İlham Əliyev
Dünən
·
21:16
Ərəblərdən ulduz futbolçuya təklif
Dünən
·
21:10
Azərbaycanın bu şəhərində evlər kütləvi satışa çıxarılır
Dünən
·
20:56
“Qalatasaray”da Sançes böhranı: gedir?
Dünən
·
20:51