Bakı, 29 mart, AZƏRTAC
ABŞ-ın “Fluor Limited” şirkəti Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) tərəfindən inşa ediləcək yeni Neft-Qaz emalı və Neft-Kimya kompleksinin (NQNK) layihəsinin idarəetmə podratçısı seçilib.
AZƏRTAC “Fluor Limited”in saytına istinadla xəbər verir ki, şirkət dəyəri gizli saxlanılan müqavilənin icrasına yaxın aylarda başlayacaq. “Fluor Limited” NQNK layihəsi çərçivəsində qaz emalı zavodunun və neft-kimya zavodlarının mühəndis, təchizat, inşaat işlərini həyata keçirəcək podratçıların müəyyənləşdirilməsində SOCAR-a köməklik göstərəcək.