Texnologiyalar sahəsində qlobal proqnozlar
“International Data Corporation” (IDC) şirkətinin proqnozuna görə, 2015-ci ildə qlobal İT və telekommunikasiya sahələrinin ümumi xərcləri 3,8 faiz artaraq təxminən 3,8 trilyon ABŞ dolları təşkil edəcək.
“Infonetics” şirkəti xüsusilə Avropada telekommunikasiya sahəsində gəlir artımının azalmasını qeyd ediblər. Şirkətin məlumatına əsasən, 2014-cü ilin birinci yarısında qlobal mobil rabitə xidmətlərindən əldə olunan gəlirlərin həcmi 2013-cü ilin müvafiq dövrü ilə müqayisədə yalnız 0.5 faiz yüksəlib. Bununla belə “Infonetics” şirkətinin nümayəndəsi onu bildirib ki, smartfonlardan istifadənin artımı sayəsində bütün regionlarda mobil qurğuların (mətn mesajları və mobil genişzolaqlı rabitə) köməyi ilə məlumatların ötürülməsi xidmətləri çoxalıb və şirkətin proqnozuna görə, 2015-ci ildə məlumatların ötürülməsi bazarına tələbat saxlanılacaq.
“Informa” şirkətinin tədqiqat bölməsi “Ovum”un məlumatına əsasən, 2019-cu ilin sonunadək mobil rabitə müqavilələrinin sayı 8,5 milyardadək artacaq. BTİ-nin proqnozuna görə, 2015-ci ildə internet istifadəçilərinin sayı 3 milyardı ötəcək. “WeAreSocial/Internet World Stats” proqnozlaşdırır ki, 2016-cı ilin sonunadək mobil rabitə internetin nüfuzetmə səviyyəsini artırmağa kömək edəcək. “Deloitte” şirkəti özünün nüfuzlu "Texnologiyalar, KİV və Telekommunikasiya sahəsində proqnozlar" hesabatında belə proqnoz verib ki, 2015-ci ildə dünyada 1,4 milyard smartfon satılacaq və bu halda smartfonların satış həcmi fərdi kompüter, televizor, planşet və oyun konsolları istehsal edən sektorların ümumi satış həcmini ötəcək.
“Deloitte” şirkətinin proqnozuna əsasən, 2015-ci ildə 1 milyard simsiz “Əşyaların interneti” (“IoT”) qurğusu satışa çıxarılacaq ki, bu da 2014-cü illə müqayisədə 60 faiz yüksəkdir. Nəticədə 2015-ci ilin sonunadək quraşdırılmış internetə qoşulmuş qurğuların bazası 2,8 milyard qurğu təşkil edəcək. “IDC” şirkətinin proqnozuna əsasən, “Əşyaların interneti” sahəsinə sərf edilmiş xərclər 1,7 trilyon ABŞ dollarını ötəcək ki, bu da 2014-cü illə müqayisədə 14 faiz yüksəkdir və 2020-ci ilədək 3 trilyon ABŞ dollarına çata bilər.
Emil Hüseynov
Müəllif
Metbuat.az
Qaynar xətt
0552252950
Həmçinin oxu
Süni intellekt üçün internet “Bakcell”dən
ictnews.az
DİGƏR XƏBƏRLƏR
Daha çox »Top xəbərlər
Layihələr
Son xəbərlər
İran hərəkatı başladı - Trampdan açıqlama
Bu gün
·
01:52
Bu bürclər üçün şans qapıları açılır
Bu gün
·
01:15
Polad Həşimovun şəhadətə ucalmasından altı il ötür
Bu gün
·
00:12
İnsanlara güvənməyən ən şübhəçil 5 bürc
Bu gün
·
00:12
Azərbaycanda nə qədər ev ipotekadadır?
Dünən
·
23:55
D-8 Media Mükəmməllik Mərkəzinin strategiyası təqdim olundu
Dünən
·
23:53
Ən uzunömürlü 5 balıq: 200 ildən çox yaşayırlar
Dünən
·
23:52
ABŞ Hörmüzdə keçidlərin təhlükəsizliyini təmin edəcək - Tramp
Dünən
·
23:49
10 Avropa ölkəsi Antiballistik Raket Koalisiyası qurdu
Dünən
·
23:15
Bu tarixi sizin qədər bilən ikinci bir şəxs çətin ki, tapılsın - Prezidentdən Mirşahinə
Dünən
·
22:53
"Real"da Vinisiusun aqibəti bəlli oldu
Dünən
·
22:35
Peter Pelleqrini Azərbaycana rəsmi səfərə gəldi
Dünən
·
22:03
Pambıqdan yüngül planet kəşf edildi
Dünən
·
21:49
Bizim daxili risklərimiz yoxdur, bütün təhdidlər sərhədlərimizdən kənarda yaranır - İlham Əliyev
Dünən
·
21:16
Ərəblərdən ulduz futbolçuya təklif
Dünən
·
21:10