“Yer saatı”nda 2 milyarddan çox insan iştirak edib
Bakı, 29 mart, AZƏRTAC
Ənənəyə əsasən Ficidə başlayaraq Samoada başa çatan “Yer saatı” (Earth Hour) aksiyasında bu il dünyanın 170 ölkəsində 2 milyarddan çox insan iştirak edib.
AZƏRTAC Vesti.ru saytına istinadla xəbər verir ki, Asiyanın bütün meqapolislərində əsas abidələrin işıqlandırılması söndürülüb. Rusiyanın paytaxtı Moskvada Kreml binası, Fransanın paytaxtı Parisdə Eyfel qülləsi, Britaniyanın paytaxtı Londonda məşhur Ritz otelinin lövhəsi, daha sonra isə ABŞ-ın Nyu-York şəhərində Times Square, Empire State Building və BMT-nin mənzil-qərargahının binaları qaranlığa qərq olub.
Aksiya çərçivəsində Azərbaycanın paytaxtı Bakı şəhərinin mərkəzi hissəsində yerləşən böyük binaların fasad işıqları da bir saat ərzində söndürülüb və simvolik şamların yandırılması mərasimi keçirilib.
Qeyd edək ki, ilk dəfə Dünya Vəhşi Təbiət Fondu (WWF) tərəfindən 2007-ci ildə başlanan “Yer saatı” aksiyasının məqsədi ictimaiyyətin diqqətini iqlim dəyişikliyinin yaratdığı təhdidlərə yönəltməkdir. Hər il keçirilən aksiya zamanı böyük şəhərlərdəki məşhur binaların fasad işıqları yerli vaxtla saat 20.30-da bir saatlıq söndürülür.
Müəllif
Metbuat.az
Qaynar xətt
0552252950
Həmçinin oxu
ABŞ Hörmüzdə keçidlərin təhlükəsizliyini təmin edəcək - Tramp
azertag.az
DİGƏR XƏBƏRLƏR
Daha çox »Top xəbərlər
Layihələr
Son xəbərlər
Polad Həşimovun şəhadətə ucalmasından altı il ötür
Bu gün
·
00:12
İnsanlara güvənməyən ən şübhəçil 5 bürc
Bu gün
·
00:12
Azərbaycanda nə qədər ev ipotekadadır?
Dünən
·
23:55
D-8 Media Mükəmməllik Mərkəzinin strategiyası təqdim olundu
Dünən
·
23:53
Ən uzunömürlü 5 balıq: 200 ildən çox yaşayırlar
Dünən
·
23:52
ABŞ Hörmüzdə keçidlərin təhlükəsizliyini təmin edəcək - Tramp
Dünən
·
23:49
10 Avropa ölkəsi Antiballistik Raket Koalisiyası qurdu
Dünən
·
23:15
Bu tarixi sizin qədər bilən ikinci bir şəxs çətin ki, tapılsın - Prezidentdən Mirşahinə
Dünən
·
22:53
"Real"da Vinisiusun aqibəti bəlli oldu
Dünən
·
22:35
Peter Pelleqrini Azərbaycana rəsmi səfərə gəldi
Dünən
·
22:03
Pambıqdan yüngül planet kəşf edildi
Dünən
·
21:49
Bizim daxili risklərimiz yoxdur, bütün təhdidlər sərhədlərimizdən kənarda yaranır - İlham Əliyev
Dünən
·
21:16
Ərəblərdən ulduz futbolçuya təklif
Dünən
·
21:10
Azərbaycanın bu şəhərində evlər kütləvi satışa çıxarılır
Dünən
·
20:56
“Qalatasaray”da Sançes böhranı: gedir?
Dünən
·
20:51