“Mercedes” avtomobilinin sürücüsü qəzadan şok keçirib
Bakıda avtobus qəzası baş verib.

Anspress-in hadisə yerində olan əməkdaşının verdiyi məlumata görə, Səbail rayonunda sərnişin avtobusu “Mercedes” markalı minik avtomobili ilə toqquşub.

Hadisə Bayıl qəsəbəsində baş verib.

Belə ki, 88 nömrəli sərnişin avtobusu minik maşını ilə toqquşub.

Xoşbəxtlikdən qəza nəticəsində xəsarət alan olmayıb. Taksiliklə məşğul olan “Mercedes” avtomobilinin sürücüsü qəzadan şok keçirib.

Hadisə yerində DYP-nin nümayəndələri araşdırma aparıb.

Milli.Az