Məşhur amerikalı aktyor, Hollivud ulduzu Corc Kluni Britaniyada 10 milyon funt-sterlinqə satın aldığı malikanəsində təmirə başlayıb.
Temza çayının sahilində yerləşən "Grade II" adlı malikanəni Kluninin xanımı, məşhur britaniyalı vəkil Əmal Əlamuddinlə birlikdə seçib.
 
Milli.Az TMZ-yə istinadən bildirir ki, Berkşir qraflığındakı malikanədə kitabxana, trenajor zalı, spa-mərkəz, sauna, şərab zirzəmisi, park, çəmənlik var.
 
53 yaşlı Kluni malikanədə yeni hovuz və kiçik ev kinoteatrı da inşa etdirmək niyyətindədir.
 
Corc Kluni və Əmal Əlamuddin 2014-cü ilin sentyabrın 29-da Venesiyadakı Palasso Sa Farsettidə evlənmişdilər.
 
Milli.Az