Tailandın paytaxtı Banqkokda iki sərnişin qatarı qarşı-qarşıya toqquşub.

ANS PRESS-in mləumatına görə, hadisə nəticəsində çoxlu sayda sərnişin xəsarət alıb. Onlardan 2-sinin vəziyyəti ağırdır.

Faktla bağlı istintaq araşdırması başladılıb.

Rəsmilər qatarların hansı səbədən eyni xətt üzrə hərəkət etdiyinə aydınlıq gətirməyə çalışırlar.

Qəzanın sürücülərdən birinin səhvi ucbatından baş verdiyi istisna edilmir.
Mənbə
Associated Press