Hindistanda bir məktəbli bədəninin elastikliyi ilə görənləri şoka salıb.Bu məktəbli başını 180 dərəcə çevirə bilir
Anspress-in məlumatına görə, Hindistanda "rezin adam" ləqəbi ilə tanınan yeniyetmə 11 yaşında olarkən öz qeyri-adi bacarığını - bədəninin elastikliyini kəşf edib. O, başını 180 dərəcə, qollarını isə 360 dərəcə çevirə bilir. Lakin oğlanın bacarıqları bununla bitmir. Onun bədəni çox elastik olduğu üçün bədəninin müxtəlif hissələrini çevirə, bura bilir.
15 yaşlı hindlinin videosu internetə cəmi 3 gün əvvəl yüklənsə də, 118 min dəfədən çox izlənib. Amma oğlan bununla kifayətlənmək istəmir. Onun adı Hidnistanın rekordlar kitabında olsa da, məktəbli bu bacarığı ilə adını "Ginnesin rekordlar kitabı"na yazdırmaq niyyətindədir.
İnternetdə isə videonu izləyənlər məktəblinin bacarığına heyran olsalar da, bəziləri bu hərəkətlərin gələcəkdə onun üçün çətinliklər yaradacağını yazıblar. Onlar gələcəkdə yeniyetmənin çox şiddətli ağrılarla rastlaşacağını, belə hərəkətlərin səhhətinə ciddi ziyan vuracağını da deyiblər.
Milli.Az