ANS PRESS-in məlumatına görə, Annalisa adlı qadında hormonal pozğunluq başlayıb. Buna görə də onun üzündə kişilrədə olduğu kimi saqqal çıxır.
Annalisanın ən böyük dəstəkçisi isə həyat yoldaşıdır. 5 illik evlilik ildönümlərini qeyd etməyə hazırlaşan cütlük maraqlı görüntüləri ilə hamını təəccübləndirə bilirlər.
Üzündə saqqal çıxmağa başlayandan sonra ailə həyatında dəyişiklik olmadığını deyən Annalisa "sevgimizdə hər hansı azalma olmadı. Hətda bir-birimizi daha çox sevməyə başladıq. Çünki pis gündə də bir birimizin yanında olmağa söz vermişik".
Gənc qadın saqallarını evlilik ildönümündə kəsmək niyyətindədir. Onun sözlərinə görə, bir ildir ki, saqqalını kəsmir. "Amma ildönümünün şərəfinə kəsəcəm".

Mənbə
ANS PRESS