Bütün bağlı yollar açılacaq
Nəqliyyat Nazirliyi "Azəryolservis" ASC-nin mətbuat katibi Pünhan Mürsəliyev ANS PRESS-ə açıqlamasında, təmir işlərinin yekunlaşmaq üzrə olduğunu bildirib:
"Martın 26-sı səhər saat 07:00-dan etibarən təmir işləri ilə əlaqədar Şəmsi Bədəlbəyli küçəsinin Rəşid Behbudov küçəsi ilə kəsişməsindən Azadlıq prospekti ilə kəsişməsinədək olan hissəsi nəqliyyatın hərəkəti üçün bağlanıb: “Hazırda həmin ərazidə köhnə asfalt-beton örtüyünün qaşınması işləri gedir. Sabahdan etibarən isə ora yeni asfalt-beton örtüyünün döşənməsinə başlanılacaq”.
Bundan əlavə, P.Mürsəliyev qeyd edib ki, dünən axşam saat 23:00-dən etibarən isə təmir işləri ilə əlaqədar Heydər Əliyev prospektinin Həsənoğlu küçəsi ilə kəsişməsindən şəhər istiqamətinə, eyni zamanda, Xətai prospektinin Yusif Səfərov küçəsinə çıxışı nəqliyyatın hərəkəti üçün bağlanıb: “Orada da köhnə asfalt-beton örtüyü yenisi ilə əvəzlənir. Axşam saatlarınadək orada yeni örtüyün döşənməsi işləri yekunlacaq”.
”Azəryolservis”in sözçüsü bildirib ki, artıq bəzi yollarda işlər tamamlanmaq üzrədir: “Hazırda Yusif Səfərov küçəsinin Bakı şəhər Baş Polis İdarəsinin qarşısından Heydər Əliyev prospektinə qədər olan hissəsində son tamamlanma işləri aparılır. Burada xətlənmə işləri uzunömürlü isti və soyuq boyalardan istifadə edilməklə aparılır. Artıq bu gün saat 13-14 radələrində yolun bu hissəsi nəqliyyatın hərəkəti üçün açılacaq. Həmçinin, Suraxanı rayonundakı Səttar Bəhlulzadə küçəsində təmir işləri davam etdirilir. Artıq küçə boyu yeni asfalt-beton örtüyü döşənir. Bundan əlavə, 20 yanvar dairəsi, Bakı dairəvi yolunda təmir işləri davam edir. Dünən, Süleyman Rüstəm küçəsində görülən işlər başa çatdırılıb. Hazırda orada kommunikasiya quyularının dəmir-beton plitələrinin qapaqları dəyişdirilir. Sabahdan orada da işlər yekunlaşacaq. Ümumiyyətlə, yaxın 2-3 gün ərzində Bakının mərkəzində bağlanan bütün yollarda aparılan bütün işləri tamamilə yekunlaşdırmaq fikrindəyik”. Mənbə
ANS PRESS
Müəllif
Metbuat.az
Qaynar xətt
0552252950
Həmçinin oxu
Sosial ödəniş alanların nəzərinə
anspress.com
DİGƏR XƏBƏRLƏR
Daha çox »Top xəbərlər
Layihələr
Son xəbərlər
İran hərəkatı başladı - Trampdan açıqlama
Bu gün
·
01:52
Bu bürclər üçün şans qapıları açılır
Bu gün
·
01:15
Polad Həşimovun şəhadətə ucalmasından altı il ötür
Bu gün
·
00:12
İnsanlara güvənməyən ən şübhəçil 5 bürc
Bu gün
·
00:12
Azərbaycanda nə qədər ev ipotekadadır?
Dünən
·
23:55
D-8 Media Mükəmməllik Mərkəzinin strategiyası təqdim olundu
Dünən
·
23:53
Ən uzunömürlü 5 balıq: 200 ildən çox yaşayırlar
Dünən
·
23:52
ABŞ Hörmüzdə keçidlərin təhlükəsizliyini təmin edəcək - Tramp
Dünən
·
23:49
10 Avropa ölkəsi Antiballistik Raket Koalisiyası qurdu
Dünən
·
23:15
Bu tarixi sizin qədər bilən ikinci bir şəxs çətin ki, tapılsın - Prezidentdən Mirşahinə
Dünən
·
22:53
"Real"da Vinisiusun aqibəti bəlli oldu
Dünən
·
22:35
Peter Pelleqrini Azərbaycana rəsmi səfərə gəldi
Dünən
·
22:03
Pambıqdan yüngül planet kəşf edildi
Dünən
·
21:49
Bizim daxili risklərimiz yoxdur, bütün təhdidlər sərhədlərimizdən kənarda yaranır - İlham Əliyev
Dünən
·
21:16
Ərəblərdən ulduz futbolçuya təklif
Dünən
·
21:10