Türkiyəli müğənni yeni albomunu tanıtmaq üçün maraqlı addım atıb. ANS PRESS-in məlumatına görə, bu dəfə müğənni albomundan çox geyimi ilə müzakirə mövzusu olacaq.

Sibel Pamukun bu donu gündəmə damğa vuracaq.

"Ayna" albomunun tanıtımı üçün hazırlanan fotosessiyada müğənni xoruz tükündən olan kürkə bənzəyən geyim geyinib. Bu qırmızı geyimin hazırlanması üçün isə 760 xoruz kəsilib.

Kəsilən heyvanların ən gözəl iri tükləri seçilərək təmizlənib və al qırmızı rəngə boyanıb.

"Kəsilən xoruzları ehtiyacı olan ailələrə paylamışıq. Heyvansevərlər mənə acıqlanmasınlar. Pis bir şey olsa qəbul etməzdim".








Mənbə
ANS PRESS