Ermənilər üçün növbəti dəfə bədbəxt hadisə baş verib. Canavar Dərələyəz (Dzor) bölgəsində yerləşən Çivə kəndində 5 sakinə hücum edib.
Milli.Az anspress-ə istinadən bildirir ki, kəndin rəhbəri Naira Sarkisyan bildirib ki, hadisə martın 24-də saat 14:15-də qeydə alınıb.
Sakinlər kənddən təqribən 500 metr aralıda ot yığırkən canavar onlara hücum edib və nəticədə 5 nəfər qadın ciddi xəsarət alıb. Canavar onların əllərini, ayaqlarını və üzlərini dişləyib. Zərər çəkənlər xəstəxanaya yerləşdiriliblər. Hazırda canavarın quduz olub-olmaması aydınlaşdırılır.
N.Sarkisyanın sözlərinə görə, bu, son günlər ərzində baş verən ilk canavar hücumu deyil. Bundan əvvəl də belə hadisələr olub.
Milli.Az