Vorsteiner emalatxanasından olan tünerlər BMW M4 Coupe üçün yenilənmə paketi üzərində işləyirlər. Yeni versiya GTRS4 adlanır.

Milli.Az 4charx.com-a istinadən bildirir ki, GTRS4 modifikasiya edilmiş ön bamper, genişləndirilmiş arxa qanadlar, geniş tağlar, 90 mm-lik xaricetmə borusu, yeni arxa diffuzor və bir sıra başqa yaxşılaşmalar əldə edib.

Qabaq standart təkərlər Pirelli şinləri geyindirilmiş 20 düymlük yeniləri ilə əvəz edilib.

Tünerlər KW nizamlanan asqısı da təklif edirlər. Və nəhayət sonda onlar mühərrikin gücünü 425-dən 550 at gücünədək artıra biliblər. BMW M4 Coupe Vorsteiner modifikasiyasının neçəyə təklif olunacağı hələlik məlum deyil.




Milli.Az