Fransa ilə İspaniya arasında ikitərəfli əməkdaşlığı inkişaf etdirmək məqsədilə martın 24-də xanımının müşaiyəti ilə Fransaya səfər edən İspaniya monarxiyasının başçısını İnvalid meydanında baş nazir Manuel Valls qarşılayıb. Oradan Yelisey sarayına gələn və prezident Fransua Ollndla görüşən kral səfərini yarımçıq qoyaraq İspaniyaya qayıtmağı qərara aldığını bəyan edib.
Bir neçə dəqiqəlik görüşdə Fransua Olland və Kral VI Felipe baş verən hadisəni böyük faciə kimi dəyərləndirib və həlak olanların ailələrinə başsağlığı veriblər.
Kral Yelisey sarayındakı görüşdən dərhal sonra İspaniyaya qayıdıb.
Xatırladaq ki, təyyarə qəzası son illərdə Fransada baş verən ən ciddi qəzalardan biri hesab olunur.
Milli.Az