“Report” aviaşirkətin məlumatına əsasən xəbər verir ki, THY-nin Barcelonadakı ofisindən edilən yazılı şərhdə, 2015-ci ilin ərzində işə qəbul ediləcək 600 pilot yeri üçün vakansiya elan edildiyi bildirilib.
Pilot qəbulu ilə əlaqədar keçirələcək “roadshow”lardan birinin martın 26-27də Madriddə keçiriləcəyi bildirilib. 264 təyyarə (sərnişin və yük) hava “donanması” olan THY-nin "qabiliyyətli pilotları" sıralarına daxil etmək istədiyi açıqlanıb.
Qeyd edək ki, hazırda THY-də 4 min 14 pilotun çalışır və bunlardan 70-i ispandır.