Xalq artisti Faiq Ağayev aktyorluq etmək istəyir.

Axşam.az-ın məlumatına görə, müğənni bu haqda "Gündəlik" verilişində xəbər verib:

"Aktyorluq mənə çox maraqlıdır. Amma heç vaxt rejissorlardan film, serial təklifi almamışam. Yəqin yüksək qonorar istəyəcəyimdən qorxublar. Mənim üçün rolun mənfi və ya müsbət olması prinsip deyil. Pislik edən bir obraz daha yaddaqalan olur. Özəl bir obraz istəmirəm. Maraqli ssenari olsun, oynayaram".