Amerikanın Yuta ştatında ölüm hökmü almış cinayətkarın güllələnməsinə icazə verilib. Ölüm hökmünün icrası üçün zəhər çatışmadıqda bunu etmək olar.

Milli.Az-ın Rusiya KİV-ə istinadən məlumatına görə, ştatın qubernatoru Heri Herbert müvafiq qanunu imzalayıb.

Qanunun təşəbbüskarı Pol Rey əmindir ki, güllələmə digər edam növlərindən daha tez və humanist addımdır. Yeni qanunun əleyhdarları isə hesab edirlər ki, odlu silahın tətbiqi zalımlıqdır.

Milli.Az