Bakı. 24 mart. REPORT.AZ/ Paytaxtın Səbail rayonu Neftçilər prospektində yol nəqliyyat hadisəsi qeydə alınıb.
"Report"un məlumatına görə, qəza zamanı iki xanım sürücünün bir-birilərinə güzəştə getməməsi qəzaya səbəb olub. Hadisə zamanı Sevinc Qasımova idarə etdiyi "Mazda" markalı minik avtomobil ilə adıçəkilən prospektlə hərəkətdə olarkən anidən qarşısına çıxan Nərminə Əliyevyf məxsus "Kia" markalı avtomobilə çırpılıb. Qəza zamanı xəsarət alan olmasa da avtomobillərə ciddi ziyan dəyib. Hər iki avtomobil evakuatorlar vasitəsiylə ərazidən uzaqlaşdırılıb.Hadisəylə bağlı Bakı Şəhər Dövlət Yolo Polis İdarəsində araşdırma aparılır.