“Arka sokaklar” serialından Sinan obrazı ilə tanınan aktyor Berk Oktay Birləşmiş Ərəb Əmirliklərinin MBC4 kanalına müsahibə verib.

Axşam.az-ın Türkiyə mətbuatına istinadən məlumatına görə, aktyor bir daha həmkarı olan xanımla münasibət qurmayacağını etiraf edib:

“İşimiz çox çətindir. Həyatınızda olan qadının da sizin qədər çalışması münasibəti soyudur. Mən bunu görmüşəm. Buna görə də, bir daha aktrisa ilə eşq yaşamaram”.

Qeyd edək ki, Berk Oktay daha əvvəl eyni serialda rol aldığı və Elif obrazını canlandıran Çağla Kubatla sevgili olub.