Vətəndaş müharibəsinin astanasında olan Yəməndə vəziyyət daha da gərginləşməkdədir.

ANS PRESS-in məlumatına görə, ölkənin xarici işlər naziri Riyad Yassin Körfəz ölkələrini “husi” qiyamçılarının qarşısını almaq üçün tədbir görməyə çağırıb.

O, həmçinin 6 ölkədən ibarət Körfəz Əməkdaşlıq Şurası və BMT-yə Yəmən üzərində uçuşsuz zona elan etməyi də təklif olaraq irəli sürüb.

Qeyd edək ki, Husilər ötən ay prezident Abd Rabbuh Mənsur Hadini hakimiyyətdən uzaqlaşdırdıqdan sonra, o, qaçaraq ölkənin cənubundakı Ədən şəhərinə sığınıb.

Yəməndə baş verən qarşıdurmalarla əlaqədar BMT də narahatlığını bildirib.
Mənbə
ANS PRESS