[ 24 Mart 2015 02:35 ]
APA-nın TASS-a istinadən verdiyi məlumata görə, bu barədə ABŞ-da səfərdə olan Əfqanıstan prezidenti Əşrəf Qəni Əhmədzay bildirib.
“Konkret sayın müəyyənləşdirilməsi ABŞ-ın səlahiyyətindədir. Qoşunların sayına dair qərar prezident Barak Obama tərəfindən veriləcək. Ümumiyyətlə, rəqəmlər önəmli deyil, əsas məqsəd ABŞ və Əfqanıstanın təhlükəsizliyidir”, deyə Əhmədzay vurğulayıb.
Öz növbəsində, ABŞ-ın Dövlət katibi Con Kerri bildirib ki, adıçəkilən məsələ ABŞ və Əfqanıstan prezidentlərinin Ağ Evdə keçirəcəkləri görüşdə müzakirə ediləcək.
Qeyd edək ki, bundan əvvəl ABŞ-ın müdafiə naziri Eşton Karter 2016-ci ildən Əfqanıstanda ABŞ hərbi kontingentinin sayının azaldılacağını qeyd edib. “2017-ci ildən etibarən Əfqanıstanda sabitliyin təmin edilməsində aparıcı rol yerli təhlükəsizlik qüvvələrinə məxsus olacaq”, deyə E.Karter bildirib.