8 yaşlı qızları Suri üçün görüşən model Keti Holms və aktyor Tom Kruz bir-biri ilə danışmır.

Axşam.az “Hollywood magazin”ə istinadən xəbər verir ki, keçmiş ər-arvad bir araya gələndə yanlarında başqa insanlar olur.

Danışmayacaqlarına söz verən məşhurlar görüşdükləri təqdirdə bir-birinə sözlərini yanlarındakı insanlar vasitəsilə çatdırırlar. 

Bu vəziyyətin Tom Kruzun aid olduğu “Scientology” təriqəti ilə heç bir bağlılığı olmadığı vurğulanıb. Ümumilikdə, səbəb kimi keçmiş cütlüyün bir-birinə nifrət etməsi göstərilir.