Bakı, 23 mart, AZƏRTAC
Martın 20-dən 22-dək “Natəvan” qalereyasında Novruz bayramına həsr edilmiş "Fest Fair" adlı tətbiqi incəsənət sərgisi keçirilib.
Qalereyada AZƏRTAC-a verilən məlumata görə, ekspozisiyada şüşə və ağac üzərində əl işləri, kuklalar, tikmələr, zərgərlik məmulatları, mücrülər, murano şüşəsindən işlər, füzinq, nöqtə rəngləməsi, həmçinin toxunma məmulatlar nümayiş etdirilib.
“Fest Fair” sərgisi böyük maraqla qarşılanıb.