Milli.Az gecce.az-a istinadən xəbər verir ki, ötən verilişlərin birində gənc aktyor İslam Mehrəliyevin “Azərbaycanda rejissor yoxdur” açıqlaması heç də Fərdanın xoşuna gəlməyib. Xudaverdiyev həmkarına öz iradını bildirib.Fərda Xudaverdiyev “Gündəlik” verilişinin qonağı olub.
“Görəsən, İslama nə olub? İslam gənc və istedadlı aktyordur. Amma səhv danışıb. “Azərbaycanda rejissor yoxdur” deyə açıqlama vermək olmaz. İstər yaşlı, istərsə də gənc rejissorlarımız çoxdur.
Buna İslamın nə yaşı, nə də təcrübəsi imkan verər. Yaşca böyük sənətçilər belə bunu dilə gətirməz. Sözsüz ki, Rusiya və Türkiyə ilə müqayisədə eyni effekti almırıq. Amma bir neçə il ərzində o nəticəni görə biləcəyik”.
Milli.Az