Azərbaycan, Bakı, 23 mart /Trend, müxbir Azər Əsgərov/

Hindistanda "donuz qripi"ndən ölənlərin sayı 1,9 min nəfəri ötüb.

Trend-in RİA Novosti-yə istinadən verdiyi məlumata əsasən, martın 21-nə olan məlumata görə, xəstəlikdən 1911 nəfər dünyasını dəyişib.

Ölkə üzrə bu xəstəliyə yoluxanların sayı 32 233 nəfərə çatıb.

Məqalə müəllifi ilə əlaqə ünvanı: agency@trend.az