Bunu anspress-ə Azərbaycanlılar Konqresinin sədri Ziyafət Qasımov deyib. O bildirib ki, “Admiral” ticarət mərkəzindəki yanğın zamanı yaralanan Salam Bəxtiyar oğlu Tağıyevin ayağı sınıb.
"O hazırda xəstəxanada müalicə olunur. Vəziyyəti yaxşıdır və həyati təhlükəsi sovuşub", - deyə Ziyafət Qasımov söyləyib.
Xatırladaq ki, azərbaycanlı sahibkar Hüseyn Qəhrəmanova məxsus “Admiral” ticarət mərkəzində yanğın martın 11-də baş verib. Yanğın zamanı 17 nəfər ölüb. Ölənlər arasında iki azərbaycanlı da olub.
Onların cənazələri öz Vətənlərində torpağa verilib.
Milli.Az