"Rusiya bu gün" radiosunun aparıcısı, bloger və yazıçı Armen Qasparyan Moldovada arzuolunmaz şəxs elan olunub.

Anspress-in məlumatına görə, buna səbəb onun bu yaxınlarda "Rusiyanın səsi" radiosunda Ukrayna ilə bağlı yalan xəbər yayması olub.

Ölkənin Daxili İşlər Nazirliyi bildirib ki, bu yalançı erməniyə 2020-ci ilə qədər Moldovaya girişi qadağan edilib.

A.Qasparyan Kişinyova bu gün saat yerli vaxtla 8:15-də gəlib və gəldiyi təyyarə ilə geri, Moskvaya qaytarılıb.

Xatırladaq ki, daha əvvəl Moldova hakimiyyəti "Rusiya bu gün" beynəlxalq informasiya agentliyinin baş direktoru Dmitri Kiselyovu, həmçinin "Krım. Vətənə qayıdış" filminin müəllifi Andrey Kondraşovu arzuolunmaz şəxs elan edib. Onlara ölkəyə giriş üçün beş illik qadağa qoyulub.

Milli.Az