ANS PRESS hamiləliyin heç nəyə mane olmadığını sübut edən ən gözəl hamilələri təqdim edir:
Ceniffer Lopez- əkiz uşaq dünyaya gətirən ulduz müğənni ideal bədən quruluşuna qovuşmaq üçün elə də çox zaman ehtiyac duymayıb. Yaşı 40-ı keçən ulduz ayar sonra cazibədar səhnə geyimlərini yenidən rahatlıqla geyinə bilib.
Viktoriya Behkem - modelyer, müğənni, stilist, qəhrəman ana. Dörd uşaq dünyaya gətirən Bekhem bu gün ən gözəl modellərə belə meydan oxuya bilir. Onun əsas sirri isə idman və gündə 5 dəfə, lakin çox az yeməkdir.
Cesikka Simpson - İkinci hamiləlik aktrisaya əlavə 30 kq gətirdi. Bu artıq çəki olmadan belə o arıq deyildi. Amma təmbəlliyin daşını atan ulduz çox keçmədən nəinki əvvəlki kimi, hətta daha cazibədar formasına qovuşdu.
Keyt Uinslet - 2013-cü ilin avqustda oğlunu dünyaya gətirən kimi işə başladı və nəticə göz qabağındadır. Üç aydan sonra o qırmızı xalıda göz qamaşdırmağa davam etdi.
Beyons - 25 kq və qızına qovuşan müğənni artıq çəkisinə baxmayaraq ictimaiyyət arasına çıxıb. O, heç vaxt artıq çəkisinə görə utanmadığını deyib. Lakin bu ona doğuşdan aylar sonra ideal formaya qovuşmağa mane olmayıb.
Keyt Hadson - aktrisa hamiləliklə birlikdə yığdığı 35 kq çəkini çətin olsa da ata bilib. Təcrübəli aktrisa ikinci hamiləliyini isə cəmi 6 kq artıq çəki ilə başa vura bilib.
Skarlet Yohanson - 29 yaşlı aktrisa artıq çəkilərini atmaq üçün aylar yox, doğuşdan bir neçə həftə sonra işə başlayıb. Nəticə isə göz qabağındadır.
Mila Kunis - İlk qızını dünyaya gətirəndən iki ay sonra onu görənlər gözlərinə inanmayıb. Aktrisa artıq çəkidən azad olaraq qırmızı xalıda parlayıb.








Mənbə
ANS PRESS