[ 22 Mart 2015 19:31 ]


Bakı - APA. Erməni silahlı bölmələrinin hərbçisi Azərbaycan Silahlı Qüvvələrinin nəzarətində olan əraziyə keçərək ordumuza təslim olub.

APA-nın “news.am” saytına istinadın verdiyi məlumata görə, hadisə martın 22-də saat 13.50 radələrində baş verib.

 

Azərbaycan Ordusuna könüllü təslim olan şəxs 1991-ci il təvəllüdlü müqaviləli hərbi qulluqçu Andranik Araratoviç Qriqoryandır.

 

Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən də APA-ya məlumatı təsdiqləyiblər.

 

Mətbuat xidmətindən bildirilib ki, bu, yəqin erməni ordusunda öz aralarında olan gərginlik, qorxu hissi və panika ilə bağlıdır.

 

Rəsmi məlumat veriləcək.