Sentyabrda Astanada 4-cü Beynəlxalq “Caspian Energy” Forumu keçiriləcək
Bakı, 21 mart, AZƏRTAC
Sentyabrın 30-da Astanada 4-cü Beynəlxalq “Caspian Energy” Forumu keçiriləcək. Forumun təşkilatçısı Caspian Energy International Media Group-dur.
Caspian European Club-dan AZƏRTAC-a verilən məlumata görə, forumda nazirlər, enerji və iqtisadiyyat sektorunu təmsil edən dövlət komitələrinin və agentliklərinin rəhbərləri, Qazaxıstan Respublikasında akkreditə olunmuş diplomatik və beynəlxalq missiya nümayəndələri, həmçinin beynəlxalq Avropa maliyyə strukturlarının, neft-qaz biznesinin, Xəzər-Qara dəniz və Baltik regionu ölkələrinin iri beynəlxalq şirkətlərinin rəhbərləri iştirak edəcəklər.
Forumun birinci hissəsi çərçivəsində Xəzər-Qara dəniz və Baltik regionu dövlətlərinin dünya energetika bazarlarına inteqrasiyasının bütün aspektləri və investisiya cazibədarlıqlarının müzakirəsi planlaşdırılır. Avrasiyanın enerji, nəqliyyat və infrastruktur layihələrində aparıcı rolu, artan qaz upstream-ı və Xəzərin resurs potensialı forum iştirakçılarının diqqət mərkəzində olacaq.
Forumun ikinci hissəsində isə qeyri-neft sektorunun inkişafına həsr olunmuş Caspian European Forum keçiriləcək. Bu forum çərçivəsində maliyyə-bank, sığorta, lizinq, telekommunikasiya, turizm, sənaye, tikinti və digər qeyr-neft sektoru sistemlərinə innovasiyaların yönəldilməsi, biznesin aparılması, biznes-hökumət dialoqunun yaradılması kimi məsələlər müzakirə ediləcək.
Tədbir çərçivəsində “Caspian Energy Award – 2015” mükafatının təqdimetmə mərasimi də keçiriləcək.
Müəllif
Metbuat.az
Qaynar xətt
0552252950
Həmçinin oxu
Azərbaycanda bank kartları ilə bağlı mühüm açıqlama
azertag.az
DİGƏR XƏBƏRLƏR
Daha çox »Top xəbərlər
Layihələr
Son xəbərlər
Polad Həşimovun şəhadətə ucalmasından altı il ötür
Bu gün
·
00:12
İnsanlara güvənməyən ən şübhəçil 5 bürc
Bu gün
·
00:12
Azərbaycanda nə qədər ev ipotekadadır?
Dünən
·
23:55
D-8 Media Mükəmməllik Mərkəzinin strategiyası təqdim olundu
Dünən
·
23:53
Ən uzunömürlü 5 balıq: 200 ildən çox yaşayırlar
Dünən
·
23:52
ABŞ Hörmüzdə keçidlərin təhlükəsizliyini təmin edəcək - Tramp
Dünən
·
23:49
10 Avropa ölkəsi Antiballistik Raket Koalisiyası qurdu
Dünən
·
23:15
Bu tarixi sizin qədər bilən ikinci bir şəxs çətin ki, tapılsın - Prezidentdən Mirşahinə
Dünən
·
22:53
"Real"da Vinisiusun aqibəti bəlli oldu
Dünən
·
22:35
Peter Pelleqrini Azərbaycana rəsmi səfərə gəldi
Dünən
·
22:03
Pambıqdan yüngül planet kəşf edildi
Dünən
·
21:49
Bizim daxili risklərimiz yoxdur, bütün təhdidlər sərhədlərimizdən kənarda yaranır - İlham Əliyev
Dünən
·
21:16
Ərəblərdən ulduz futbolçuya təklif
Dünən
·
21:10
Azərbaycanın bu şəhərində evlər kütləvi satışa çıxarılır
Dünən
·
20:56
“Qalatasaray”da Sançes böhranı: gedir?
Dünən
·
20:51