Türkiyədə növbəti dəfə qadın kişi zorakılığının qurbanı olub.Türkiyədə qadına qarşı zorakılıqlar davam edir
Milli.Az anspress-ə istinadən xəbər verir ki, hadisə Konya vilayətinin İlgın rayonunda baş verib.
Rayon sakini 35 yaşlı Əli Coşqun həmyaşıdı olan 4 aylıq hamilə həyat yoldaşını tapança ilə güllələyərək öldürüb.
Bildirilir ki, 4 və 7 yaşlı iki övladı olan ailədə bir ay əvvəl söz-söhbət yarandığından Fatma Coşqun ərinin evini tərk edərək atasının evinə gedib.
Ötən gün axşam saatlarında həyat yoldaşı ilə danışmaq üçün qaynatasının evinə gedən Ə. Coşqun hamilə arvadına, uşaq məndən deyil deyərək özü ilə gətirdiyi tapançadan atəş açıb.
F. Coşqun bədənin müxtəlif yerlərinə dəyən 3 güllə ilə hadisə yerində ölüb. Hadisə cütlüyün 7 yaşlı uşağının gözləri önündə baş verib.
Faktla bağlı istintaq başladılıb və cinayəti törədərək qaçan Əli Coşqunun yaxalanması üçün əməliyyatlar davam edir.
Milli.Az